Saytımızı qiymətləndirin


 
 

NATO 40 min hərbi qulluqçusunu Latviyaya göndərir
Tarix: 30-11-2021 | Saat: 08:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

NATO 40 min hərbi qulluqçusunu Latviyaya göndərir

“Lazım gəlsə, qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Riqada Latviya Prezidenti Eqil Levitslə görüşdən sonra bildirib.

"Biz soyuq müharibədən bugünədək ümumi müdafiə sisteminin genişləndirilməsini ardıcıl olaraq həyata keçiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumuzu gücləndirmişik. Biz, həmçinin təlimlərdə müttəfiqlərlə sıx əməkdaşlıq edirik”, - Stoltenberq vurğulayıb.

O, qeyd edib ki, NATO Latviya, Litva və Polşa sərhədlərində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Baltik regionunda müttəfiq qoşunlarının olmasını təmin edəcək.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər