Saytımızı qiymətləndirin


 
 

Bakıda 18 yaşlı qızın intiharı ilə bağlı pornoqrafik materialları yayma maddəsi ilə cinayət işi açılıb
Tarix: 29-11-2021 | Saat: 17:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluq onları təbrik etdi

Prokurorluq Yasamal rayonunda noyabrın 27-də 18 yaşlı qızın intihar etməsi barədə məlumat yayıb.

Yasamal rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Bildiririk ki, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70