Saytımızı qiymətləndirin


 
 

BDU-nun 11 qrupu distant təhsilə keçib
Tarix: 29-11-2021 | Saat: 14:55
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Dövlət Universitetinin (BDU) ümumilikdə 11 qrupu COVID-19 virusuna görə distant təhsilə keçib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Trend-ə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

 

O bildirib ki, həmin qruplar Kimya, Fizika və Hüquq fakültələrindədir.

 

"İki həftəlik karantin müddəti başa çatdıqdan sonra həmin qruplar yenidən əyani tədrisə keçəcək. Müəllimlər arasında isə koronavirusa yoluxma halı baş verməyib" - deyə, Günel Orucəliyeva əlavə edib.

 

BDU-da təhsil alan xarici tələbələrin əyani tədrisə cəlb olunmasına gəlincə isə qurum rəsmisi qeyd edib ki, bütün xarici tələbələr ölkəyə gəlib:

 

"Koronavirus pandemiyası səbəbindən Azərbaycana gələ bilməyən xarici tələbəmiz yoxdur", - deyə o bildirib.




45 dəfə oxunub.

Digər xəbərlər