Saytımızı qiymətləndirin


 
 

İran prezidenti Türkmənistana yola düşüb
Tarix: 27-11-2021 | Saat: 19:44
Bölmə:Karusel / Region | çapa göndər

İbrahim Rəisi

 

İran prezidenti İbrahim Rəisi Türkmənistana səfər edib.

Qarabaginfo.az xəbər veriri ki, İ.Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında iştirak etmək üçün Tehrandan Aşqabada yola düşüb.

Səfər çərçivəsində İ.Rəisinin İƏT sammitində çıxışı və iştirakçı ölkə prezidentləri ilə görüşləri nəzərdə tutulub. Görüş zamanı iki tərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

İ.Rəisi həmçinin Türkmənistanda yaşayan iranlılar və iş adamlarıyla görüşəcək.

Səfərdən öncə İ.Rəisi keçirdiyi mətbuat konfransında bildirib ki, region ölkələrin başçıları ilə görüşlərin keçirilməsi və iki tərəfli əlaqələrin inkişaf etdirilməsini müzakirə etmək bu səfərin məqsədlərindən biridir: "Dəfələrlə elan etmişik, qonşu ölkələr və region ölkələri ilə əməkdaşlıq etmək bizim üçün prioritet məsələdir. Düşünürük ki, bu əməkdaşlıqlar regionda iqtisadi münasibətlərin inkişafında təsirli ola bilər."

Qeyd edək ki, İƏT-in 11-ci zirvə toplantısı sabah Türkmənistanda keçiriləcək.(Apa)



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər