Saytımızı qiymətləndirin


 
 

Kürdəmirdə mikroavtobus aşıb, yaralananlar var
Tarix: 27-11-2021 | Saat: 13:59
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Kürdəmirdə mikroavtobus aşıb, yaralananlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

Hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "FORD" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.




79 dəfə oxunub.

Digər xəbərlər