Saytımızı qiymətləndirin


 
 

Bakı-Moskva aviareyslərinə yeni aksiya keçirilir
Tarix: 26-11-2021 | Saat: 20:08
Bölmə:Karusel / Region | çapa göndər

 

Bakı-Moskva aviareyslərinə yeni aksiya keçirilir

AZAL-Miles bonus proqramının iştirakçıları üçün yeni aksiya keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları "(AZAL) QSC-dən bildirilib.

Məlumata görə, toplanmış millərini mükafatlandırıcı aviabiletə dəyişdirənlər Moskvaya 30% güzəştlə səyahət edə bilərlər. Aksiya 2021-ci ilin 1-15 dekabr və 2022-ci ilin 5 yanvar - 15 mart tarixlərində "Vnukovo" və "Domodedovo" hava limanlarına yerinə yetiriləcək reyslərə şamil edilir.

Qeyd edək ki, balları aviabiletlərə dəyişmək istəyənlər [email protected] elektron ünvanına yaza və ya AZAL aviaşirkətinin nümayəndəlikləri və akkreditə olunmuş kassalarına yaxınlaşa bilərlər.



Xəbəri paylaş

12 569 dəfə oxunub.

Digər xəbərlər