Saytımızı qiymətləndirin


 
 

Şənbə gününün hava proqnozu açıqlanıb
Tarix: 26-11-2021 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

İçərişəhər” İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.



Xəbəri paylaş

271 dəfə oxunub.

Digər xəbərlər