Saytımızı qiymətləndirin


 
 

Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb
Tarix: 25-11-2021 | Saat: 21:28
Bölmə:Karusel / Kriminal | çapa göndər

Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktor vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın direktoru vəzifəsini icra edən kimi fəaliyyət göstərib.

Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər