Saytımızı qiymətləndirin


 
 

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Qafqazla bağlı müzakirə aparılıb
Tarix: 25-11-2021 | Saat: 20:55
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Qafqazla bağlı müzakirə aparılıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Qarabaginfo.az xəbərinə görə, iclas 3 saatadək davam edib

İclasdan sonra yayılan bəyanatda qeyd olunub ki, iclasın əsas müzakirə mövzusu Türkiyənin iqtisadiyyatı olub: “Türkiyə Respublikasının 100-cü ildönümündə hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də güclənməyə qərar verilib”.

Müzakirə edilən digər məsələ ölkə daxilində və xaricdə terrorla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud vəziyyət olub.

İclasda həmçinin regional məsələlər – Qafqaz, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər barəsində də fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər