Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul edəcək
Tarix: 25-11-2021 | Saat: 18:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Virtual Qarabağ - Leyla Abdullayeva: "Ermənistan rəhbərliyinin bu kimi addımları işğalın möhkəmləndirilməsinə xidmət edir”

“Hazırda iki beynəlxalq instansiyada Azərbaycan tərəfindən Ermənistan dövlətinə qarşı iddia qaldırılıb”.

Bunu Qarabaginfo.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, birinci iddia İnsan Hüquqları üzrə Avropa Məhkəməsindədir və bu iddianı 2021-ci ilin yanvar ayında Azərbaycan Ermənistana qarşı qaldırıb: “Burada söhbət 1950-ci il “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın Ermənistan tərəfindən kobud şəkildə pozulmasından gedir. Ermənistan tərəfindən həm Birinci Qarabağ müharibəsi, həm davam edən işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının vətəndaşlarına qarşı hüquq pozuntularını ehtiva edir. İkinci beynəlxalq instansiya isə Beynəlxalq Ədalət Məhkəməsidir. Burada söhbət 1965-ci il “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın Azərbaycana münasibətdə Ermənistan tərəfindən pozulmasından gedir. Azərbaycan tərəfdən qaldırılan əsas 3 təcili məsələni biz qeyd edə bilərik. Birincisi, mina məsələləridir ki, Ermənistan tərəfi məqsədli şəkildə mina xəritələrini verməməklə azərbaycanlı məcburi köçkünlərin geri dönüşünə əngəl törədir. Mina partlaması nəticəsində çoxsaylı insanlar həlak olur və xəsarət alır. İkinci məsələ, Ermənistan ordusu tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı qarşı tərəfdə mövcud olan sübutların qorunub saxlanılmasıdır. Üçüncüsü isə Ermənistanın revanşist yönümlü qruplarının zorakı çağırışlarla çıxış edək azərbaycanlıları etnik zəmində hədəf almasıdır. Qaldırdığımız bu vəsatətlərlə bağlı məsələyə baxılmaqdadır”.

L. Abdullayeva vurğulayıb ki, ümumiyyətlə, məsələnin mahiyyəti üzrə qərar illər ərzində veriləcək: “Yaxın zamanda isə təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərarın verilməsi gözlənilir”.

XİN sözçüsü qeyd edib ki, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı da Azərbaycan hökuməti tərəfindən aidiyyəti üzrə müvafiq instansiyalarda iddialar qaldırılacaq.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər
2-11-2018, 10:41 Metroda problem yarandı