Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda son sutkada 1880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb
Tarix: 25-11-2021 | Saat: 16:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda son sutkada 1880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7 736 nəfər vəfat edib, aktiv xəstə sayı 27736 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər