Saytımızı qiymətləndirin


 
 

ATƏT-in XİN rəhbərləri Qarabağı müzakirə edəcək
Tarix: 25-11-2021 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

ATƏT-in XİN rəhbərləri Qarabağı müzakirə edəcək

 

ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası dekabrın 2-3-ü İsveçin paytaxtı Stokholmda keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniya, Serbiya və Avstriyadan olan həmkarları ilə görüşəcək.

Zaxarova, həmçinin bildirib ki, ATƏT-in XİN Şurasının iclasında Ukraynanın şərqində, Dnestryanı, Qarabağ da daxil olmaqla ATƏT məkanında olan münaqişələrin nizamlanması məsələləri müzakirə olunacaq.



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər