Saytımızı qiymətləndirin


 
 

Rəmişin qardaşı DANIŞDI: “Gülü bizi görüşməyə qoymurdu” - VİDEO
Tarix: 25-11-2021 | Saat: 14:04
Bölmə:Karusel | çapa göndər

Mərhum gitaraçı Rafiq Hüseynovun (Rəmiş) qardaşı sənətkarın yoldaşı Gülü haqqında bəzi açıqlamalar verib.

Vaqif Hüseynov ARB-də yayımlanan “Elgizlə izlə” proqramına müraciət edərək Gülünün Rəmişin övladlarını düşünmədiyini, onların isə kirayələrdə qaldığını bildirib:

“Biz ailədə bir bacı, dörd qardaş olmuşuq. Hamımız da peşəkar musiqiçi olmuşuq. Lakin biz musiqi ilə məşğul olmamışıq. Sara Qədimova babamın dayısı qızıdır. Rəmiş Nüşabə adlı xanımla evləndi. İki qızı oldu. Qızının birinin yoldaşı rəhmətə getdi. İndi kirayədə qalırlar. 

Getdi Moskvada işlədi, ev aldı. Birini də hökumət ona verdi. Yanında gəzdirdiyi iki evdə qalır. Onun sifətinə görə heç kim yas mərasiminə getmədi. Qohum-əqrəba hamı ondan üz döndərdi. Deyir, bu ev mənə qalıb. Sənə heç nə qalmayacaq, başına hələ çox bəlalar gələcək”.

O, əlavə olaraq qeyd edib ki, Gülü onu qardaşı ilə görüşməyə qoymurdu.

Daha ətraflı süjetdə:




99 dəfə oxunub.

Digər xəbərlər