Saytımızı qiymətləndirin


 
 

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub
Tarix: 25-11-2021 | Saat: 13:56
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər