Saytımızı qiymətləndirin


 
 

“Soçidəki görüş Brüsseldəkini, sadəcə, “protokol”a döndərəcək...” - Ermənistan KİV
Tarix: 25-11-2021 | Saat: 11:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Soçidəki görüş Brüsseldəkini, sadəcə, “protokol”a döndərəcək…” – Ermənistan KİV

 

“Sabah – noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli Əliyev-Putin-Paşinyan görüşü əvvəlcədən planlaşdırılmayıb. Soçi görüşü dekabrın 15-də Brüsseldə keçiriləcək görüşün “preambulası” kimi spontan şəkildə gündəliyə salınıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

“Üstəlik, məlumat var ki, Soçidə tərəflər sərhədlərini demarkasiya və delimitasiyası üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gələcəklər. Yeri gəlmişkən, sonuncu mətbuat konfransında bunu faktiki olaraq Paşinyan da təsdiqləyib. İmzalanacaq potensial sənəd Ermənistan və Azərbaycanın sərhədlərin müəyyən edilməsi ilə məşğul olan komissiyanın yaradılması haqda olacaq.

Əldə etdiyimiz məlumata görə, ötən gün Nikol Paşinyan artıq komissiya üzvlərinin ilkin siyahısını hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Bununla belə, ekspertlərin fikrincə, Brüsseldəki görüş əsasən “protokol” olacaq, çünki əsas məsələlər Soçidə həll ediləcək”- erməni nəşri belə yazır./moderator.az/




32 dəfə oxunub.

Digər xəbərlər