Saytımızı qiymətləndirin


 
 

Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb
Tarix: 24-11-2021 | Saat: 12:40
Bölmə:Karusel / Kriminal | çapa göndər

Baş Prokurorluq onları təbrik etdi

Zaqatala bələdiyyəsinin sabiq sədrinə cinayət işi başlanılıb.

Bu barədə Qarabaginfo.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Aparılan araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.(Report)



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70