Saytımızı qiymətləndirin


 
 

“KİVDF-yə faktiki rəhbərliyi Əli Həsənov edirdi...”
Tarix: 24-11-2021 | Saat: 08:58
Bölmə:Karusel / Multimedia | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. prosesdə şahid qismində  "Starloqistik"  şirkətinin direktoru Sayat Vəliyeva ifadə verib. O, ifadəsində atasının ölümündən sonra  "Starloqistik" şirkətinə özünün rəhbərlik etdiyini deyib: "Şirkəti 9 iyun 2018-ci ildə atam təsis edib. Dəftərxana ləvazimatlarının satışı ilə məşğul olurduq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə atam Çingizi işdən çıxardı. Bundan sonra şirkət mənim adıma keçdi, direktor təyin olundum. Vüqar Səfərlini tanımıram".

Dövlət ittihamçısının "rəhbərliyiniz dövründə hansı fəaliyyətləriniz olub?" sualına şahid "heç bir fəaliyyətim olmayıb, o işlərlə mərhum atam məşğul olub" deyə cavab verib: "2020-ci ildə şirkətimiz fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim olmayıb".

 

Daha sonra şahid qismində Mirsəid Ağayev dindirilib. O, ifadəsində V.Səfərlinin işçisi olduğunu, fondda informasiya texnologiyaları üzrə mütəxəssis işlədiyini məhkəmənin diqqətinə çatdırıb: "Əvvəl qəzetdə işləmişəm. Sonra fonda çağırılmışam, orada işləmişəm. Texniki işlərlə məşğul olmuşam, çəkilislər aparmışam. Təbdirlərim həyata keçirilməsinə, texniki işlərə nəzarət etmişəm. Texniki avadanlıqların alınmasına da mən nəzarət etmişəm. Tenderlərlə bağlı saytlarda və qəzetlərdə elan verirdik".

Tərəflərin suallarını cavablandıran şahid V. Səfərlinin ona hər hansı qanunsuz tapşırıq vermədiyini bildirib.

Məhkəmədə dindirilən növbəti şahid Samir Mustafayev olub. O, ifadəsində KİVDF-da  aparıcı məsləhətçi vəzifəsində işlədiyini deyib: "2014-cü ildən fondda işləmişəm. Rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə nəzarət etmişəm, qurumun mətbuat xidməti funksiyalarını həyata keçirmişəm".

 

Şahid fondun təşkil etdiyi tədbirlərlə bağlı siyahıların hazırlanmasından da danışıb: "Tədbirə 250 nəfər dəvət edilirdi, dəvətnamələr hazırlaylb yayırdıq. Mənə verilən siyahıda 250 nəfər olurdu, restoranda da siyahıya uyğun yer açılırdı.  450 nəfərin gəldiyini mən görməmişəm. Onu deyə bilərəm ki, bəzən tədbirə dəvət olunandan daha az adam gəlirdi. Bəzən də  daha çox gəlirdi. Elə jurnalistlər var idi ki,  siyahıda adı yox idi, amma gəlib deyirdi ki, yazmağa gəlmişəm. Heç kimi də geri qaytarmaq olmurdu. Artıq adam olanda əlavə stol açılırdı".

Şahid bildirib ki, fondun rəhbəri Vüqar Səfərli olsa da fonda rəhbərliyi bilavasitə Prezident Aparatının sabiq ictimai-siyasi şöbənin müdüri ( Əli Həsənovu nəzərdə tutur-red.) həyata keçirib:" Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında məsələrlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi. 2017-ci ilə qədər fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq. 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən idim.  İclaslarda demişdim ki, tenderi elə keçirək ki, gələcəkdə indi düşdüyüm vəziyyətə düşməyək".

Məhkəmə prosesi noyabrın 25-də davam edəcək.

virtualaz.org



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər