Saytımızı qiymətləndirin


 
 

Məhkəmədə "Yeni Klinika”nın sabiq direktorunun işi ilə bağlı təqsirləndirilən qadının hamilə olduğu bildirilib
Tarix: 23-11-2021 | Saat: 17:39
Bölmə:Karusel / Multimedia | çapa göndər

Məhkəmədə "Yeni Klinika”nın sabiq direktorunun işi ilə bağlı təqsirləndirilən qadının hamilə olduğu bildirilib

"Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasovun və digərləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Samir Mirzəyevin müdafiəçisi çıxış edərək müvəkkili barəsində ittihamları qəbul etmədiklərini bildirib. O, müvəkkilinə rüşvət ittihamı ilə yox, dələduzluq maddəsi ilə cəza verilməsini istəyib.

Daha sonra Vüsalə Əliyevanın vəkili müdafiə çıxışı edərək müvəkkilinin hamilə olduğunu nəzərə alaraq barəsində həbs cəzası verilməməsini xahiş edib.

Məhkəmə prosesi noyabrın 30-na təyin edilib.

Xatırladaq ki, Baş prokurorluq tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham verilib.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər