Saytımızı qiymətləndirin


 
 

Tanınmış jurnalistdən bahalaşmaya maraqlı etiraz
Tarix: 23-11-2021 | Saat: 17:23
Bölmə:Karusel / Sosial | çapa göndər


Tanınmış jurnalist Kərim Kərimli son dövrlər ölkədə baş verən süni qiymət artımına özünün sosial şəbəkə hesabından maraqlı münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bahalaşmaya etirazını facebookda paylaşdığı statusunda yumorla bildirib:

“Günlər, həftələr, aylar keçdikcə daha da sağlamlaşdığımı, möhkəmləndiyimi, gücləndiyimi hiss edirəm.

Əvvəllər mağazalardan, bazardan yüz manatlıq al-ver edəndə zənbillərə gücüm çatmırdı, təkcə apara bilmirdim. İndi yüz manatlıq ayın-oyun alıram, zənbili də quş kimi oynada-oynada, yellədə-yellədə, fırlada-fırlada, aparıram evə...”

(Versiya.az)

 



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər