Saytımızı qiymətləndirin


 
 

Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı
Tarix: 23-11-2021 | Saat: 13:50
Bölmə:Karusel / Kriminal | çapa göndər

Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə axşam saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.aza verilən məlumata görə, dövlət yol polisi əməkdaşları axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində xidmət apararkən “Opel Astra” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulduğu müəyyən edilib. Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərili



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər