Saytımızı qiymətləndirin


 
 

DGK gömrük təmsilçisi olan hüquqi şəxslərə test imtahanı keçirəcək
Tarix: 22-11-2021 | Saat: 16:06
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

DGK gömrük təmsilçisi olan hüquqi şəxslərə test imtahanı keçirəcək

Noyabrın 30-da Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək istəyən şəxslərin biliklərinin yoxlanılması üçün test imtahanlarının keçirilməsi nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilir ki, gömrük təmsilçiliyi sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, dolayı təmsilçiliklə məşğul olmaq istəyən şəxslər hüquqi şəxs olmalı və ixtisas attestatı olan mütəxəssislərə malik olmalı.

Yalnız göstərilən şərtlərə cavab verən şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil ediləcəkdir.

Bunun üçün dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən hüquqi şəxslər onların ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Dövlət Gömrük Komitəsinə yazılı və ya elektron formada müraciət edir və Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları"nın 3.2-ci yarımbəndində göstərilən sənədləri təqdim edirlər:

1. hüquqi şəxsin vəsatəti;

2. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi üçün hüquqi şəxsin ştatında olan əməkdaşın ərizəsi;

3. həmin əməkdaşın şəxsiyyət vəsiqəsinin surəti;

4. hüquqi şəxs ilə onun ştatında olan əməkdaş arasında bağlanılmış əmək müqaviləsinin və işə qəbulu barədə əmrin surəti;

5. əməkdaşın müvafiq təhsili barədə dövlət sənədinin təsdiq edilmiş surəti;

6. əməkdaşın hansı fəaliyyət növü ilə məşğul olmasını təsdiq edən sənədin surəti.


Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər ali təhsilli olmalı və aşağıda qeyd olunan sahələr üzrə biliklərə malik olmalıdır:

1. gömrük qanunvericiliyi və gömrük işi sahəsində;

2. xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində;

3. iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi sahəsində;

4. gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ, həmçinin cinayət hüququ sahəsində;

5. Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi sahəsində.

Test imtahanlarından keçən namizədlərə 5 illik ixtisas attestatı veriləcəkdir.

Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

Test imtahanlarına müraciət etmək üçün müvafiq sənədləri https://customs.gov.az/az/sahibkarlar-ucun/representative/ keçid vasitəsi ilə göndərilməlidir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən keçiriləcək test imtahanlarında iştirak edəcək şəxslərin COVID-19 pasportu (hər iki doza) və ya immunitet sertifikatı olmalı, həmçinin imtahan sonunadək sosial məsafə qorunmalı və tibbi maskalardan düzgün istifadə edilməlidir.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər