Saytımızı qiymətləndirin


 
 

XİN məlumat yayıb
Tarix: 22-11-2021 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib

2021-ci ilin 22 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə görüşü baş tutub.

Görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə tərəflər Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Koreya Respublikasının iqtisadi əməkdaşlıq baxımından ölkəmiz tərəfindən prioritet ölkə kimi qiymətləndirildiyini qeyd edən nazir Ceyhun Bayramov dövlət səviyyəsində qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının mövcud münasibətlərə daha da təkan verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi.

Daha sonra Nazir Ceyhun Bayramov 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi və nəticədə, bölgədə yaranmış reallıqların yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaratdığı barədə həmkarını məlumatlandırıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.

Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə oldunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə etdi.

Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər