Saytımızı qiymətləndirin


 
 

4000-dən çox məhkum elektron qolbaq daşıyır
Tarix: 22-11-2021 | Saat: 11:48
Bölmə:Karusel / Sosial | çapa göndər

4000-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 4000-dən artıq məhkum elektron qolbaq daşıyır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “Azərtac”da dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, həmin şəxslərə fasiləsiz nəzarət edilir:

“Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir”.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər