Saytımızı qiymətləndirin


 
 

Oman şeyxi Ərdoğanı Azərbaycanda da olan bəla ilə mübarizədə dəstəklədi...
Tarix: 22-11-2021 | Saat: 10:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Oman şeyxi Ərdoğanı Azərbaycanda da olan bəla ilə mübarizədə dəstəklədi...
Türkiyə liderinin dediyi faiz bəlası korrupsiya ilə bərabər ölkəmizin də iqtisadiyyatını kor qoyub, xalqı zəlil günə salıb...
 
Oman sultanlığının ali müftisi Şeyx Əhməd bin Həməd Əl-Xəlili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “yüksək faiz dərəcələri” ilə mübarizə qərarını alqışlayıb və bunu düzgün istiqamətdə atılan addım hesab edib. Müfti Türkiyə hakimiyyətinin hələ prezident Ərdoğan hakimiyyətə gəlməmişdən öncə elan edilmiş faiz dərəcəsini azaltma qərarını yüksək qiymətləndirib.
Moderator.az xəbər verir ki,  xarici İslma syatlarımın yaydığı məlumata görə,  bu haqda Şeyx Əl-Xəlili “Tvitter” hesabında yazıb
 
 “Biz öz qətiyyətli rəhbərliyi ilə təmsil olunan qardaş Türkiyə müsəlman hökumətini ölkə iqtisadiyyatını “sələmçilik iyrəncliyindən” təmizləmək istəyinə görə alqışlayırıq. Çünki “İslam peyğəmbəri sələmin artığını yeyənlərə, sələmin artığını ödəyənlərə və sələmin artığının ödənilməsi haqqında müqavilə yazanlara lənət etmişdir” –deyən Oman sultanlığının müftisi də “bütün İslam hökumətlərini bu məsələdə əməkdaşlıq etməyə” çağırıb. 
 
Türkiyə prezidentinin sözlərinə görə, yüksək  kredit-sələm göstəricisi (noyabrın 17-nə olan məlumata görə 16 faizdir) milli fəlakətdir və hakimiyyət bunu həll etməlidir. Ərdoğan əmindir ki, əhaliyə böyük əziyyət verən yüksək inflyasiyanın səbəbi də məhz faizlə idarə olunan iqtisadiyyatdır.(Moderator.az)
 
P.S. Ərdoğanın dediyi faiz bəlası korrupsiya ilə bərabər Azərbaycan iqtisadiyyatını da kor qoyub, xalqı zəlil günə salıb...
 


Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər