Saytımızı qiymətləndirin


 
 

Səfirlik ABŞ vətəndaşlarını Qərbi Zəngəzura səfər etməməyə çağırıb
Tarix: 21-11-2021 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səfirlik ABŞ vətəndaşlarını Qərbi Zəngəzura səfər etməməyə çağırıb

ABŞ səfirliyi bu ölkənin vətəndaşlarını Ermənistanın Sünik əyalətinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.
Qarabaginfo.az “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.
Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”. Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.(Apa)



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər