Saytımızı qiymətləndirin


 
 

DİN: Zəlzələ zamanı insan tələfatı və ya xəsarəti ilə nəticələnən hər hansı hadisə qeydə alınmayıb
Tarix: 20-11-2021 | Saat: 21:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN: Zəlzələ zamanı insan tələfatı və ya xəsarəti ilə nəticələnən hər hansı hadisə qeydə alınmayıb

Bu gün baş verən zəlzələ nəticəsində dağıntı və insan tələfatı və xəsarətlə nəticələnən hadisə baş verməyib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hər hansı hadisə qeydə alınmayıb.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər