Saytımızı qiymətləndirin


 
 

Tehran yenə iç üzünü göstərdi: “Sərhədlərin dəyişdirilməsi yolverilməzdir”
Tarix: 17-11-2021 | Saat: 08:18
Bölmə:Karusel / Region | çapa göndər

İran prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı yenidən öz iç üzünü ortaya qoyub.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Rəisi telefon danışığı zamanı bildirib ki, Cənubi Qafqazda dövlətlərin geosiyasi statusunda və sərhədlərində dəyişikliklərə yol verilməməlidir: “Region ölkələrinin geosiyasi statusunda və sərhədlərində hər hansı dəyişiklik qəbuledilməzdir” – deyə İran prezidenti qeyri-adekvatlıq nümayiş etdirib.

Rəisi Rusiyanın Qafqazdakı sabitlik və sülh təşəbbüsünü alqışlayıb.İran prezidenti uzunmüddətli ikitərəfli əməkdaşlıq haqqında sazişi imzalamağa hazır olduğunu bəyan edib. İran prezidenti regional mövzularda, xüsusilə də Suriya məsələsində əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının ölkəsindəki səfiri Abbas Bədəxşan Zoxurini qəbul edib. Armen Qriqoryan İran səfirinə Ermənistan-Azərbaycan sərhədindəki əməliyyat-taktiki vəziyyət barədə məlumat verib. Tərəflər sərhəddəki gərginliyi tez bir zamanda azaltmağın və sülh yolu ilə nizamlanma prosesinə başlamağın mümkünlüyünü dilə gətiriblər.



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər