Saytımızı qiymətləndirin


 
 

Dövlət İmtahan Mərkəzinə ağır ittiham: “Qiymətləri iki dəfə qaldırıblar“
Tarix: 15-11-2021 | Saat: 13:02
Bölmə:Karusel / Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzinə ağır ittiham: “Qiymətləri iki dəfə qaldırıblar“

“Sınaq imthanlarının qiymətini qaldıran Dövlət İmtahan Mərkəzidir (DİM). Özəl kurslar isə DİM-in qiymətlərinə baxaraq qiymətləri qaldırırlar”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri  Yenisabah.az-a danışan təhsil eksperti Elşən Qafarov söyləyib.

“DİM-in ikimərhələli imtahanlarının qiyməti 13 manat, özəl  kurslarda keçirilən imtahanların qiyməti isə 14-15 manatdır. Kurslar qiymətlərini Dövlət İmtahan Mərkəzinə uyğunlaşdırırlar. Təbii ki, sınaq imtahanlarının qiymətinin bu qədər baha olması doğru deyil”.

Ekspert bildirib ki, imtahanlar iki mərhələli keçirildiyinə görə qiymətlər bahalaşıb:

“Sınaq imtahanları əvvəllər 5 manat idi, indi isə ikimərhələli keçirilməsi qiyməti 2 dəfə artırıb. Situasiya, açıq tipli suallar və onların yoxlanmasını nəzərə alaraq qiymətləri qaldırdılar. Azərbaycanda qiymət bir dəfə qalxdısa, bir daha enmir.

İmtahanların qiymətini qaldıran zaman situasiya tipli sualların olmasını, sualları yoxlayan müəllimlərin əmək haqqını əsas gətirmişdilər. Lakin situasiya tipli sualları çıxarandan sonra da qiymətlər dəyişmədi.

Kurslar qiyməti özləri müəyyən edir, onlara nə isə deyə bilmərik. Dövlət büdcəsindən maliyyələşən Dövlət İmtahan Mərkəzi isə qiymətləri bu qədər çox qoyursa, təbii ki, etiraz etməyə haqqımız var.

Problemin həlli üçün Dövlət İmtahan Mərkəzi daha tez-tez sınaq imthanları keçirməli və qiymətləri 50% azaltmalıdır. İmtahanlar tez-tez keçirilərsə, qiymətlər azalsa, bu proses kurslarda olan qiymətlərə hökmən təsir göstərəcək”.

Mehri Qurban

Dövlət İmtahan Mərkəzinə ağır ittiham: “Qiymətləri iki dəfə qaldırıblar“


Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər