Saytımızı qiymətləndirin


 
 

“Gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür”
Tarix: 15-11-2021 | Saat: 12:58
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

“Gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür”

 

Sabiq təhsil naziri Misir Mərdanov nazir işlədiyi vaxt aldığı əməkhaqqıdan danışıb.

Qarabaginfo.az xəbər verir ki, M. Mərdanov REAL TV-yə müsahibəsində bildirib ki, nazir olduğu dövrdə maaşı tez-tez artıb: “Əvvəllər 1000 manatdan bir az çox, sonra 2000 manatdan bir az çox əməkhaqqı alırdım. Hazırda mən nazir pensiyası alıram, təqaüdə çıxmışam. Bir də görürəm ki, pensiya kartıma ayda daha çox pul gəlir. Fəxr edirəm ki, mənim əməyim qiymətləndirilir. Buna sevinirəm”. 

Sabiq nazir həmçinin müsahibəsində sağlamlıq məsələlərinə necə diqqət etməsindən də söz açıb: “Mən 43 ilə yaxındır ki, müxtəlif dövlət vəzifələrində çalışıram. Həmişə rejim saxlamışam. Bu yaşımda hər gün orta hesabla 11 km gəzirəm. Bütün həyatım boyu həmişə işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Hər gün səhər tezdən həyat yoldaşım mənə xüsusi yemək hazırlayır. Onu işə aparıram. Bəzi adamlar əvvəllər mənə gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Bu gün də günorta yeməyini işdə yeyirəm.

Yeməkdən sonra bir balaca istirahət edirəm, daha sonra işimə davam edirəm. Bəziləri qəribə baxır ki, təzə işimdə heç dincəlməyim yoxdur, daim kompüterin qabağında yazıram-pozuram. Ancaq mən bundan zövq alıram. Mənim həyatımda boşluq yoxdur. Qalan boş vaxtımda qohumlarımla, övladlarımla telefon vasitəsilə əlaqə saxlayıram”.




67 dəfə oxunub.

Digər xəbərlər