Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 milyonu keçib
Tarix: 12-11-2021 | Saat: 18:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38082 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23470 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10021688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5012689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4464036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544963 təşkil edir.



Xəbəri paylaş

1516 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70