Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Aliment Fondunun yaradılması təklif olundu
Tarix: 12-11-2021 | Saat: 12:55
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda Aliment Fondu yaradılmalıdır.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, Aliment Fondu büdcəyə yük olmayacaq:

 

“Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.

 

H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır:

 

“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”.

 

Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır:

 

“Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər
10-08-2023, 16:57 Diyarbakırda ZƏLZƏLƏ