Saytımızı qiymətləndirin


 
 

Hökumət müharibə iştirakçılarına müavinət verilməsi üçün sənəd HAZIRLAYIR
Tarix: 11-11-2021 | Saat: 14:19
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Nazirlər Kabineti müharibə veteranlarına müavinətlərin verilməsi ilə bağlı sənəd hazırlayır.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, müavinətlərdə artımın olub-olmaması da həmin sənəddə əksini tapacaq.


Nazir bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun maliyyə təminatı düzgün qiymətləndirilməlidir.

"Bununla bağlı hökumətdə müzakirələr aparılır”.

Hazırda Birinci Qarabağ Müharibəsi veteranları aylıq 80 manat müavinət alırlar. İkinci Qarabağ Müharibəsinin iştirakçılarına isə 1 il keçməsinə baxmayaraq, hələ ki müavinət ödənilmir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının "veteran statusu" da rəsmiləşməyib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər