Saytımızı qiymətləndirin


 
 

Qriqoryan: “Azərbaycanlılar bu yoldan istifadə etsə, bizə rüsum ödəyəcək”
Tarix: 11-11-2021 | Saat: 13:54
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistan Millİ Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Gorus-Qafan yolunda tətbiq olunacaq yeni qaydalarla bağlı açıqlama verib.

 

Qarabaqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yolda həm Azərbaycanın, həm də Ermənistanın gömrük postları yaradacağını əlavə edib.

“Azərbaycan tərəfi noyabrın 11-dən Gorus-Qafan yolunun onların ərazisindən keçən hissəsində gömrük postları quracaq. Əgər onlar bu postları qurarsa, biz də yolda postlar quraşdıracayıq. Və əgər Azərbaycan vətəndaşları yoldan istifadə etmək istəsə, bizə gömrük rüsumu ödəyəcək”.

 

Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər