Saytımızı qiymətləndirin


 
 

İrəvanda atışma olub, məşhur kriminal avtoritet ölfürülüb
Tarix: 11-11-2021 | Saat: 10:19
Bölmə:Karusel / Region | çapa göndər

 

İrəvanda atışma olub, məşhur kriminal avtoritet ölfürülüb

Ermənistanın paytaxtı İrəvanda baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Qarabaginfo.az “Shamshyan”a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 04 radələrində baş verib.

Bildirilib ki, İrəvanın Kanakera küçəsində polis əməkdaşları və müstəntiqlər iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, bıçaq aşkarlanıb.

Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanınan “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. O, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, separatçıların tör-töküntülərinin başçısı onu “döyüş silahı ilə mükafatlandırıb”.(Report)



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər