Saytımızı qiymətləndirin


 
 

Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb
Tarix: 10-11-2021 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Səfərbərlik Xidmətinin rəis müavini işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev


Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər