Saytımızı qiymətləndirin


 
 

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Tarix: 10-11-2021 | Saat: 14:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.

Nazirlər iclasın yekununda 2022-ci il üzrə birgə fəaliyyət planını və hərbi əməkdaşlığın inkiaf perspektivini müəyyənləşdiriblər.

Görüşdə həmçinin 2022-ci ildə MDB ölkələri tərəfindən hava hücumundan müdafiə üzrə kompüterləşdirilmiş komanda-qərargah təliminin keçirilməsi ilə bağlı qərar qəbul olunub.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər