Saytımızı qiymətləndirin


 
 

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək
Tarix: 09-11-2021 | Saat: 16:08
Bölmə:Karusel / Region | çapa göndər

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq nəqliyyat və tranzit ofisinin baş direktoru Məhəmməd Cavad Hidayəti deyib.

O bildirib ki, səfər yaxın iki həftə ərzində baş tutacaq: “Səfər zamanı İran yük maşınlarının problemləri araşdırılacaq".

Onun sözlərinə görə, İran və Azərbaycan nəqliyyat və yol təşkilatlarının nümayəndələri xüsusi komitə çərçivəsində müzakirələr aparacaq: “Ümid edirik ki, bu müzakirələrin yaxşı nəticələri əldə olunacaq. İran yük maşınlarının Azərbaycan ərazindən keçməsi təmin ediləcək”.

O qeyd edib ki, İrandan Azərbaycana quru yolla səfər hazırda mümkün deyil: “Bunun səbəbi Azərbaycan tərəfinin hələlik turist vizası verməməsidir. Sərnişin avtobuslarının nizamlı şəkildə İrandan Azərbaycana səfəri mümkün deyil".(Apa)



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər