Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirusa yoluxanların sayı 249 milyon nəfəri ötüb
Tarix: 07-11-2021 | Saat: 16:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Koronavirus nədir və nə dərəcədə narahat olmalı? - BBC News Azərbaycanca

Dünyada koronavirusa yoluxma halların sayı 249 549 888-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, pandemiya ərzində dünyada COVID-19-dan ölənlərin sayı 5 044 893 nəfərə yüksəlib. Qeyd edilir ki, koronavirus əleyhinə peyvənd olunanların sayı 7,2 milyardı keçib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerdə Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya və digər ölkələr qərarlaşıb.

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər