Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi: "Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasını istəyirik
Tarix: 06-11-2021 | Saat: 09:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyev: “Azərbaycan mina xəritələrinin sayının açıqlanması üçün Ermənistana müraciət edib” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

"Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib: "Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılmasi ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinn bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasına iddialıyıq".



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər