Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasında maraqlıdır
Tarix: 05-11-2021 | Saat: 23:52
Bölmə:Karusel / İdman | çapa göndər

Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlara uyğun olaraq regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasında maraqlıdır və öhdəliklərinə sadiqdir. “İnterfaks” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında və blokdan çıxarılmasında maraqlıdır.

“İrəvan konkret qərarlar qəbul etməyə hazırdır, amma o şərtlə ki, Ermənistan Azərbaycan ərazisində, Azərbaycan isə Ermənistan ərazisində dəmir və avtomobil yollardan istifadə edə biləcək. Bu, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yollara da aiddir”, - deyə Paşinyan bildirib.(virtualaz.org)



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər