Saytımızı qiymətləndirin


 
 

Səhiyyə naziri əvəzi vətəndaşlara müraciət edib
Tarix: 05-11-2021 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Teymur Musayev appointed acting minister of health | Report.az

"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamları aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".

Qarabaginfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

O vurğulayıb ki, pandemiya hələ bitməyib: "Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı epidemioloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalara qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".



Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər