Saytımızı qiymətləndirin


 
 

İrandan GÖZLƏNİLMƏZ ADDIM: Tehran nüvə sazişi üzrə danışıqlara qayıdacağını AÇIQLADI
Tarix: 04-11-2021 | Saat: 12:03
Bölmə:Karusel / Region | çapa göndər

İrandan GÖZLƏNİLMƏZ ADDIM: Tehran nüvə sazişi üzrə danışıqlara qayıdacağını AÇIQLADIprint sharing button

Noyabrın 29-da Vyanada İranın nüvə sazişinə qayıtması ilə bağlı danışıqlar davam etdiriləcək.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Baqiri özünün “Twitter” səhifəsində yazıb. Müvafiq qərar Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) üzrə Komissiyanın koordinatoru Enrike Moro ilə telefon danışığı zamanı qəbul edilib:

“Biz noyabrın 29-da Vyanada (İrana qarşı) qeyri-qanuni və qeyri-insani sanksiyaların aradan qaldırılmasına yönəlmiş danışıqlara başlamaq barədə razılığa gəldik” – bəyanatda deyilir.

Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov “Twitter” səhifəsində bu qərarı şərh edərək bildirib ki, danışıqlar “ABŞ sanksiyalarının ləğvi və İranın JCPOA müddəalarının tam icrasına qayıtması üçün zəmin yaradır”. Aprel ayından etibarən Vyanada İranla beynəlxalq “beşlik” (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında nüvə sazişinin ilkin formada bərpası üçün danışıqlar aparılır.

Tərəflər ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi və rəsmi Vaşinqtonun razılaşmalara qayıtması məsələsini müzakirə edirlər.

Xatırladaq ki, bu ilin aprelindən iyun ayına qədər İran və bir sıra dünya gücləri Vyanada JCPOA-nın bərpası məqsədi ilə danışıqlar aparıblar. Daha sonra danışıqlar dayandırılıb. Yalnız  İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimindən və yeni hökumətin qurulmasından sonra rəsmi Tehran  danışıqları davam etdirməyə hazır olduğunu bildirib.(konkret.az)



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər