Saytımızı qiymətləndirin


 
 

Ermənistan prezidenti 54 gün ölkədə olmayıb: Sarkisyan hara yoxa çıxıb? – Vardanyandan İLGİNC AÇIQLADI
Tarix: 03-11-2021 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan” fraksiyasından olan deputat Aqvan Vardanyan Ermənistan prezidenti Armen Sarkisyanın 54 gündür ölkədə olmadığını bəyan edib.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, Aqvan Vardanyanın açıqlaması ölkədə səs-küy yaradıb:

“2021-ci il iyulun 1-dən, oktyabrın 31-dək 122 gün edir.  Bunun 85-i iş günüdür. Bu 85 günün 54 gününü Armen Sarkisyan Ermənistandan kənarda keçirib” – deyə deputat bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan bu günlərdə təxminən 7 xarici ölkədə olub:

“Baxın, prezident ən mühüm dövlət institutlarından biridir. Və əgər bu institutun ümumi xərclərinin təxminən 25-30 faizi yalnız xarici səfərlər üçün israf olunursa, o zaman məndə bu qurumun  öz funksiyalarını düzgün yerinə yetirməsi ilə bağlı şübhələr yaranır” – Aqvan Vardanyan vurğulayıb.(konkret.az)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər