Saytımızı qiymətləndirin


 
 

Yaqut Qarayeva: "İkinci doza vaksindən altı ay sonra orqanizmin müqaviməti azala bilər"
Tarix: 03-11-2021 | Saat: 17:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yaqut Qarayeva: "Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq" | Report.az

"Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur".

Qarabaginfo.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər: "Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır".

""Buster" dozanın qüvvətləndirici doza demək olduğunu xatırladan Y.Qarayeva deyib ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər: "Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın vurulması tövsiyə olunur. “Buster” doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6–cı aydan başlayaraq vurulur. Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən “buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər".



Xəbəri paylaş

262 dəfə oxunub.

Digər xəbərlər