Saytımızı qiymətləndirin


 
 

İran tankerini oğurlamaq cəhdi baş tutmadı
Tarix: 03-11-2021 | Saat: 15:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran tankerini oğurlamaq cəhdi baş tutmadı

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi dəniz qüvvələri ABŞ hərbçilərinin Oman körfəzində İran neft tankerinə hücumunu dəf edib.

Qarabaginfo.az IRINN-ə istinadla xəbər verir ki, ABŞ hərbçilərinin Ərəb dənizindəki hövzədə gəminin qarşısını almaq cəhdi ilə bağlı İİKK-nin açıqlamasını yayıb.

İran baş verənlər ABŞ-ın “İran neftini oğurlamaq” cəhdi kimi qiymətləndirilib.

Məlumata görə, ABŞ hərbi gəmisi bir tankeri dayandırıb və onun heyəti nefti başqa tankerə ötürməyə başlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) xüsusi təyinatlıları ilə hadisə yerinə gəlib.

Onlar “neft oğurluğu”nu və İran tankerinin ABŞ-ın nəzarətinə keçməsini dayandırıblar.

Hadisədən sonra tanker İranın ərazi sularına qayıtmalı olub.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər