Saytımızı qiymətləndirin


 
 

Bakıda qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın həbs edilib
Tarix: 01-11-2021 | Saat: 16:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Bakıda qaynının qəbir daşına təhqiramiz ifadələr yazan qadın həbs edilib

Bakıda qaynının qəbir daşı üzərində təhqiredici ifadələr yazan qadın həbs edilib.

Qarabaginfo.az-ın məlumatına görə, Suraxanı rayon sakini K. Ə qaynı arvadı ilə dalaşdıqdan sonra Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana Kombinatının yaxınlığında olan qəbiristanlığa gedib. O, qəbiristanlıqda dəfn olunmuş qaynının məzarının üstünə qırmızı rəngli marker qələmlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız söz və ifadələr olan mətnlər yazıb.

Mərhumun yaxınlarının şikayəti əsasında K.Ə polis tərindən saxlanılıb. Sabunçu rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə K. Ə 1 il 19 gün müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə olduğu müddət cəzasından çıxılaraq barəsində 7 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.



Xəbəri paylaş

286 dəfə oxunub.

Digər xəbərlər