Saytımızı qiymətləndirin


 
 

Həmkarlar İttifaqları Konfederasiyasına yeni mətbuat katibi təyin olunub
Tarix: 01-11-2021 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Akif Təvəkküloğlu vəzifədən çıxarıldı – » Globall.az ictimai-siyasi onlayn qəzet

Akif Təvəkküloğlu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev əmr imzalayıb.

Əmrə əsasən, Akif Təvəkküloğlu (Nəsirli) qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər