Saytımızı qiymətləndirin


 
 

FIDE reytinqi açıqlandı: Məmmədyarov mövqeyini qoruyub, Rəcəbov geriləyib
Tarix: 31-10-2021 | Saat: 22:42
Bölmə:Karusel / İdman | çapa göndər

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. FIDE-nin rəsmi saytına dərc olunan məlumata görə, bu dəfə ilk "10-luq"da Azərbaycan təmsilçiləri yer almayıb.

Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 1 pillə geriləyərək, 13-ci sırada qərarlaşıb.

Rauf Məmmədov (2 673) 3 pilləlik geriləmə ilə 61-ci sıraya enib. 2 665 xalı olan Qədir Hüseynov 74-cü yerə geriləyib. Nicat Abbasov isə ilk "100-lüy"ü tərk edib.

Siyahıda ilk “üçlük” dəyişib. Norveçli dünya çempionu Maqnus Karlsen (2 855) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pilləyə yüksəlib. Fabiano Karuana (ABŞ, 2 800) isə üçüncüdür.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70