Gürcüstan müxalifəti Tbilisidə seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirir
Tarix: 31-10-2021 | Saat: 20:17
Bölmə:Karusel / Region | çapa göndər
1228 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 31-10-2021 | Saat: 20:17
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstan müxalifəti paytaxt Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
Qarabaginfo.az xəbər verir ki, mitinqdə Vahid Milli Hərəkat Partiyası, "Lelo", "Droa" və Avropalı Gürcüstan Partiyasının liderləri və tərəfdarları iştirak edirlər.
Müxalifət ötən gün baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunun nəticələrini tanımır. Aksiyada müxalifət gələcək fəaliyyət planını açıqlayacaq.
Parlament və hökumət binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, ötəngünkü seçkilərin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası 20 şəhər və bələdiyyənin 19-da səs çoxluğu ilə müxalifətə qalib gəlib.
14:11
Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.
O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".
Xəbəri paylaş
Digər xəbərlər
28-04-2022, 16:37
BMT-nin baş katibi Buçaya GETDİ
21-01-2022, 13:22
Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb
2-11-2022, 14:29
Azərbaycanın cənub sərhədləri yaxınlığında xüsusi təyinatlıların təlimi başlayıb - VİDEO
25-03-2021, 08:36
Pentaqon: KXDR-in raket sınağı təhlükəlidir
30-03-2023, 11:43
Deportasiya və soyqırımı ilə bağlı cinayət işi AÇILDI
21-04-2023, 12:57
DSX məlumat yaydı: Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT - FOTO
21-01-2022, 19:22
Avtandil Asatiani: "Azərbaycan millisi ilə tarixi oyuna hazırıq"
30-10-2022, 12:54
Azərbaycanın avtomobil yollarındakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ