Saytımızı qiymətləndirin


 
 

Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
Tarix: 30-10-2021 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər